Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə seçmə komandası Misirin Şarm Əl Şeyx şəhərində keçiriləcək IX Dünya Çempionatında iştirak edəcək.Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinə cümə axşamı Respublika Taekvondo Federasiyasından məlumat verilib.
Komandanın baş məşqçisi Gündüz Abdullayev və koreyalı mütəxəssis Sun Mi Park komanda heyətinə Məcid Sofiyev, Elmar Bədəlli, Ruslan Abbasov, Ayxan Tağızadə, Pərvin Əliyev, Nicat Əliyev, Şamxal Əbilov, Vladislav Subbotin, Elnur Məhərrəmov, Seyidəzim Bədirxanlı,Zümrüd Məlikova, Nərminə Məmmədova, Təranə Məmmədova və Fəridə Əzizovanı daxil edib.
Bundan başqa, Dünya Çempionatına Azərbaycanı təmsil edən beynəlxalq dərəcəli hakimlər Oh Kvanq Çeol və Elşən Quliyev də döyüşlərə hakimlik edəcəklər.
Bununla yanaşı, aprelin əvvəlindən ölkənin əsas yığma komandasının 30-dək taekvondoçusu may ayında Mançesterdə keçiriləcək Avropa Çempionatına hazırlıq məqsədi ilə təlim - məşqlərin son mərhələsinə başlayacaq.