Tanınmayan Dağlıq Qarabağda “prezident seçkiləri”nin keçirilməsi Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üzrə danışıqları pozmaq cəhdidir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bəyan edib.
“Bu, Ermənistan rəhbərliyinin status-kvonun gücləndirilməsinə yönəldilən və qətiyyən Dağlıq Qarabağ münaqişəsinin sülhlə nizamlanmasının irəliləməsinə xidmət etməyən provokasiyasıdır”, - deyə E.Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Əksinə, bu cür hərəkətlər danışıqlar prosesinin pozulmasına yönəldilib”, - deyə o vurğulayıb.
Diplomatın sözlərinə görə, erməni tərəfinin dünyanın heç bir dövləti tərəfindən tanınmayan Dağlıq Qarabağda seçkilər keçirmək niyyəti regionda sülh və sabitliyə nail olmağa mane olur.
Ermənistan mətbuatının məlumatına əsasən, Dağlıq Qarabağda “prezident seçkiləri” iyulun 19-na təyin edilib.