Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti aprelin 2-də sığorta agenti kimi fəaliyyət göstərmək üçün lisenziya almaqda maraqlı olan şəxsləri imtahana buraxıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xidmətdən məlumat verilib.
“Maliyyə Nazirliyi aprelin 2-də sığorta agenti kimi fəaliyyət göstərmək üçün lisenziya almaqda maraqlı olan şəxslər üçün imtahan keçirir”, - deyə Xidmətin nümayəndəsi bildirib.
Bundan başqa, bazar ertəsi Xidmət daha 3 nəfəri sığorta təşkilatlarında rəhbər vəzifə tutmağa imkan verən attestasiyada iştirak etmək üçün buraxıb. Xüsusilə, “Paşa Sığorta” və “Həyat Sığorta” şirkətlərlərin Təftiş komissiyaların üzvlüyünə namizəd olan şəxslər imtahana buraxılıblar.
Test imtahanı “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun keçirilir. Bununla yanaşı, 100 sualdan ən az 70 suala düzgün cavab verən şəxslər attestasiyadan keçirlər.
“Sığorta fəaliyyəti haqqında” qanunun 83.2.2-ci maddəsinə əsasən, sığorta agentlərinin fəaliyyəti lisenziyalaşdırılmalıdır. Bununla yanaşı, 2009-cu il martın 15-dən agentlik fəaliyyətini yalnız lisenziyalaşdırılmış fiziki şəxslər həyata keçirir.