Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitini qəbul edib. Bu barədə rəsmi mətbuat xəbər verir.
Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, nəqliyyat nazirinin Azərbaycana səfərinin bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.