“Access Bank”ın Sumqayıtda “Sülh” filialı və Bakıda “Maştağa” filialı fəaliyyətə başlayıb. Bu barədə bankın məlumatında deyilir.
“Sülh” filialı bankın Sumqayıtda artıq ikinci filialıdır. Suqayıtdakı ilk filial fəaliyyət göstərdiyi 9 il müddətində 12 minə yaxın müştəri bazası toplamağa nail olub.
“Biz Sumqayıtda və Maştağada müştərilərimizə daha mükəmməl xidmət göstərmək, onlar üçün daha rahat və yaxın olmaq məqsədi ilə bu iki filialı açmaq qərarına gəldik”, - deyə məlumatda bankın İdarə Heyətinin sədri Endryu Pospilovskiyə istinadən bildirilir.
Bankın filiallarının ümumi sayı 32-yə, o cümlədən bölgələrdə 17-yə çatıb.
“Access Bank”ın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniyanın KfW Bankı, “AccessHolding” və “LFS Financial Systems GmbH.” şirkəti çıxış edir.
Bank aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının onluğuna daxildir.