Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedevə Tümen yaxınlığında çoxsaylı insan tələfatı ilə nəticələnmiş sərnişin təyyarəsinin qəzası ilə əlaqədar baş sağlığı məktubu göndərib.
“ Tümen yaxınlığında çoxsaylı insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqqında xəbər məni dərindən sarsıdıb.Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”,- deyə məktubda bildirilir.