“VTB Bankomatları” əlavəsi Bank VTB (Azərbaycan) ASC-nin müştərilərinə “online” rejimində MDB ölkələrində və Gürcüstanda VTB Qrupunun Vahid bankomat şəbəkəsinin ən yaxında çalışan bankomatını tapmaq imkanı təklif edir.
Xidmətdən Rusiyada, Ukraynada, Belarusiyada, Gürcüstanda, Qazaxıstanda və Azərbaycanda istifadə edilə bilər.
Tələb olunan məlumatı əldə etmək üçün müştərilərdən öz ünvanlarını daxil etmək tələb olunmur. Əlavə özü sərbəst şəkildə müştərinin yerləşdiyi yeri təyin edəcək və seçilmiş bankomat istiqamətində optimal marşrut açacaq (piyada və ya avtomobildə). Bu xidmətin üstünlüyü bankomatda pul vəsaitlərinin olmaması, digər bankomatın axtarışı, kənar bankomatdan pul vəsaitlərinin çıxarılması zamanı komisyon haqqının tutulması ilə bağlı anlaşılmazlıqlardan qaçmaq imkanından ibarətdir.
Müasir texnologiyalardan istifadə Banka müştərilərə bankomatın funksiyalarının istifadənin mümkünlüyü barədə vaxtlı-vaxtında məlumat vermək imkanı verir. Əlavə xəritədə hal-hazırda işləyən və müştərini maraqlandıran xidmətlərdən (məsələn, nağd pul vəsaitlərinin daxil edilməsi) istifadənin mümkün olduğu bankomatları əks etdirir.
“Mobil geolokasiya” əlavəsi Android Market saytında yerləşdirilib.
https://play.google.com/store/apps/details?id=com.intervale.geolocation.vtb