Heydər Əliyev Fondunun və UNİCEF-in dəstəyi ilə Bakı aprelin 2-də, beynəlxalq miqyasda qeyd olunan "Mavi işıqla işıqlandır" sını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulub.
Həmin gün Milli Parkdakı binalardan biri – Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırılıb.
Artıq üçüncü ildir ki, həyata keçirilən “Mavi işıqla işıqlandır” aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş unikal qlobal təşəbbüsdür. Həmin gün yer kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün şəhərlərin ən nəzərə çarpan binalarından birini mavi işıqla işıqlandırırlar.
Autizm uşaqlarda irsi və ətraf mühit amillərinin təsirindən beyində yaranıb inkişaf edən çatışmazlıqları ifadə edən ümumi termindir. Autizm üç yaşından əvvəl başlayan və məhdud davranışlara gətirib çıxaran, beyinin inkişafına maneə törədən bir xəstəlikdir.
Dünya əhalisinin 1%-i – təxminən 70 milyon əhali bu xəstəliyə meylidir. Xəstəliyin artım sürəti narahatlıq doğurur. Hesablamalara görə, bu il autizm xəstəsi olan uşaqların sayı QİCS, diabet və xərçəng xəstəliklərinə yoluxanların ümumi cəmindən artıq olacaq.