Bakıda keçirilən Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyanın iştirakçıları bu təşkilatda Belarus üzrə işçi qrupun mandatını uzadıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlamentdəki müxbiri çərşənbə günü məlumat verib.
Sessiyada sədrlik edən Avronest-in həmsədri Kristian Viqenin izah edib ki, Belorus üzrə işçi qrup PA-da bu ölkənin nümayəndə heyətinin geniş miqyasda iştirakını təmin edənə qədər işini davam etdirməlidir. O xatırladıb ki, Belarus üzrə işçi qrupun mandatı 2011-ci ildə Brüsseldə keçirilən Avronest PA-nın birinci sessiyasında təsdiq edilib.
Bazar ertəsi Bakıda işə başlayan PA-nın ikinci sessiyasına Avropa İtttifaqı ölkələrindən 200-dən artıq deputat və Aİ-nin “Şərq əməkdaşlığı” proqramının (Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna) iştirakçıları qatılıb.