Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiya yaxın zamanda toplaşacaq. Bu barədə Rusiya Federasiyasının XİN rəhbəri Serqey Lavrov bəyan edib.
“Biz sərhəd üzrə sazişlərin reallaşdırılmasına başlamışıq. Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiya və demarkasiya üzrə komissiya yaxın zamanda toplaşacaq”, - deyə S.Lavrov Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla çərşənbə günü Bakıda keçirilən görüşdə bildirib.