Ukrayna Transxəzər qaz kəmərinin tikintisində maraqlıdır. Bu barədə Ukraynanın baş naziri Nikolay Azarov bəyan edib.
“Biz bu layihəni alqıəlayırıq və dəstəkləyirik”, - deyə o Azərbaycan Prezidenti İlham Əliyevlə çərşənbə günü Bakıda keçirilən görüş zamanı bildirib.
Baş nazir qeyd edib ki, Ukrayna enerji daşıyıcısıların tədarükünün diversifikasiyasında maraqlıdır.
Bundan başqa, o bildirib ki, Transxəzər qaz kəmərinin tikinti layihəsində iştirak edən tərəflər razılığa gəldiyi zaman Ukrayna özünün iştirak məsələsini müzakirə etməyə hazırdır.