Ukrayna Azərbaycana metropolitenin tikintisində öz şirkətlərinin iştirakını təklif edir. Bu barədə Ukraynanın baş naziri Nikolay Azarov çərşənbə günü Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Öz növbəsində, Azərbaycan Prezidenti Ukrayna tərəfinə metropolitenin tikintisi üzrə master-planın hazırlanması məsələsini nəzərdən keçirməyi təklif edib.
Bundan başqa, İ.Əliyev Ukrayna şirkətlərini Azərbaycanda körpülərin inşası üzrə layihələrdə iştirak etməyə dəvət edib.