“Chelsea Capital” şirkəti 2012-ci ilin mart ayında dövlət qiymətli kağızlar bazarında göstərilmiş xidmətlərin həcminə görə (Repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlər renkinqinə başçılıq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
“Chelsea Capital” MMC cari ilin mart ayında 6 müştəriyə 54 mln. 30,183 min manat məbləğində broker xidmətləri göstərib (fevralda 1-ci yer).
İkinci yeri mart ayında 1 müştəriyə 30 mln. 982,033 min manat məbləğində xidmət göstərmiş “ADB-Broker” tutub (fevralda 2-ci yer).
Fevral ayının yekunları üzrə üçüncü yerdə “BoB Broker” şirkəti qərarlaşıb. Şirkət 1 müştəriyə 10 mln. 157,947 min manat məbləğində xidmət göstərib (fevralda 3-cü yer).
Ümumilikdə, 2012-ci ilin mart ayında 6 broker xidmət göstərib.