Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan aşıqları üçün səhnə geyim eskizinin hazırlanması üzrə müsabiqə elan edib. Bu barədə nazirlikdən məlumat verilib.
Müsabiqənin şərtlərinə əsasən, hazırlanacaq səhnə geyiminin eskizində milli ornamentlər öz əksini tapmalıdır.
Eskizlər 2012-ci il iyun ayının 1-dək təqdim edilməlidir. Müsabiqənin qalibləri üçün hər biri müvafiq olaraq 1000, 750 və 500 manat məbləğində 1-ci, 2-ci və 3-cü dərəcəli mükafatlar təsis edilir.
Müsabiqənin qalibi elan edilmiş işlər dövlət mülkiyyəti sayılmaqla, Mədəniyyət və Turizm Nazirliyinin istifadəsinə veriləcək.