Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko aprelin 8-9-da Azərbaycana rəsmi səfərə gələcək.Bu barədə “İnterfaks- Azərbaycan”agentliyinə Rusiya diplomatik mənbələri məlumat verib.
Səfər zamanı V.Matviyenkonun Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə , Milli Məclisin spikeri Oqtay Əsədov ilə görüşəcəyi gözlənilir.Həmçinin, Rusiya Parlamentinin Yuxarı Palatasının sədrinin Bakı Slavyan Universitetində çıxışı nəzərdə tutulur.