Azərbaycanın Ağsu rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, yüksək sürətlə hərəkət edən “VAZ-2107” markalı avtomobil idarəetməni itirərək aşıb. Nəticədə maşında olan ər və arvad həlak olub.
Faktla bağlı araşdırma aparılır.