Azərbaycan İKT sahəsində inkişaf tempinə görə 142 ölkə arasında 61-ci yerdə qərarlaşıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib. Ümumdünya İqtisadi Forumu (ÜİF) informasiya texnologiyalarının inkişafına (Global Information Technology Report 2012) dair hesabatına əsasən, Azərbaycan reytinqdə mövqeyini 9 pillə yaxşılaşdırıb.
ÜİF mütəxəssisləri “Azərbaycan: Sürətlə dəyişən dünyada böyük ambisiyalar” başlığı ilə ayrıca bölmə həsr ediblər.
Bplmədə qeyd edilir ki, Azərbaycanda İKT-nin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycan Qazaxıstan və Rusiya ilə yanaşı MDB məkanında informasiya texnologiyalarının inkişafı baxımından ən inkişaf etmiş ölkə kimi göstərilib.
“Global Information Technology Report 2012”-nin reytinqində Gürcüstan 88-ci, Ermənistan isə 94-cü yerdə qərarlaşıb.
2002-ci ildən tərtib edilən reytinqdə birinci yeri ardıcıl olaraq üçüncü dəfə İsveç tutub. İkinci yerdə yenidən Sinqapur, üçüncü yerdə Finlandiya qərarlaşıb. İlk onluğa Danimarka, İsveçrə, Niderland, Norveç, ABŞ, Kanada və Böyük Britaniya daxildir.