“GUAM-ın ən yaxşı bankları – 2011” müsabiqəsinin nəticələrinə əsasən, “Kapital Bank” “Ən dinamik inkişafa malik bank” seçilib. Bu barədə bankın məlumatında deyilir.
Müsabiqə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat (GUAM) tərəfindən “KBS-İzdat” beynəlxalq nəşriyyatı ilə birgə keçirilib.
Məqsəd Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova respublikalarında fəaliyyət göstərən ən yaxşı bank-maliyyə qurumlarının müəyyən edilməsi olub.
Mükafatlar GUAM katibliyi və Ukraynanın “Bankir” jurnalının təşkilatçılığı ilə Kiyev şəhərində “Müasir ödəniş sistemləri və hesabatlar – tendensiyalar və perspektivlər 2012” mövzusunda keçirilmiş 1-ci Beynəlxalq Konfrans çərçivəsində təqdim edilib.
Təqdimat mərasimində mərkəzi bankların, banklar assosiasiyalarının, nazirliklərin, diplomatik korpusların nümayəndələri də iştirak edib.
"Kapital Bank” 2005-ci il yanvarın 26-da fəaliyyətə başlayıb. Bankın səhmdarları “Pasha Holding” (99,76%) və fiziki şəxslərdir.