Türkiyənin “Onur Air” aviaşirkəti mayın 2-dən İstanbul-Gəncə marşrutu üzrə uçuşlar həyata keçirəcək. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
Reyslər həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək. Təyyarə yerli vaxtla saat 2.50-də İstanbul Hava Limanından havaya qalxacaq, saat 08:25-də Gəncəyə çatacaq.
Bir istiqamətə biletlərin qiyməti 79 avro təşkil edəcək.