Aprelin 13-də Bakıda Beynəlxalq Muğam Mərkəzində Latviyalı musiqiçi, müğənni və trombon çalan İntars Busulis öz qrupu ilə birgə konset verəcək .Bu barədə İinterfaks -Azərbaycan”agentliyinə Muğam Mərkəzindən bildirilib.
İ.Busulis musiqi sahəsində ilk təhsilini öz doğma şəhəri Talsıda trombon sinfində alıb.O uşaqlıqdan xalq rəqsləri kollektivinin üzvü olub. Musiqi kollecini dəniz şəhəri Ventspilsdə bitirib və burada “Ventspils biqbend”ində çalmağa başlayıb. İ.Busulis Raymond Pauls ilə birgə “Caffe” qrupunu yaradıb və bu qrup populyarlıq qazanıb.
O zamandan o, bir çox layihələrdə iştirak edib, Raymond Pauls ilə işləyib və onun məsləhəti ilə “Yeni dalğa -2005” müsabiqəsində iştirak edərək qran –pri mükafatını qazanıb.
İ.Busulisin 2008-ci ildə buraxılan ilk albomuna rus və latış dillərində orijinal kompozisiyalar daxil idi.O bir çox caz musiqi festivallarında iştirak edib.2009-cu ildə Moskvada keçirilən “Eurovision” müsabiqəsində Latviyanı rus dilində ifa etdiyi “Tıxac”adlı mahnı ilə təmsil edib.
Bakı konsertində İ.Busulisin qrupunda Karlis Lasıs,Qits Paberz,Kaspars Zemitis,Andris Qrunte, Kaspars Qriqalis olacaq.