Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi elektron xidmətlərin sayını artırır. Bu barədə QKDK-nın məlumatında deyilir.
Fiziki və hüquqi şəxslərə göstərilən elektron xidmətlərin sayı 2012-ci ilin aprel ayından 19-a çatıb. Əvvəllər QKDK-nın rəsmi internet səhifəsi (www.scs.gov.az) vasitəsilə əhaliyə 14 növ xidmət göstərilirdi.
Hazırda hüquqi və fiziki şəxslər komitənin saytı vasitəsilə birbaşa QKDK-ya müraciət edə, qiymətli kağızlar bazarının iştirakçıları hesabatlar təqdim edə bilərlər.