İraq tərəfi rəsmi Bakıdan Bağdadda Azərbaycan səfirliyi təsis etməyi xahiş edir. Bu barədə Milli Məclisinin deputatı Qənirə Paşayeva bəyan edib. .
“Bakıya səfər edən Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri bizdən Bağdadda səfirlik təsis etməyi xahiş edirlər”, - deyə Q.Paşayeva cümə günü Milli Məclisin plenar iclasında bildirib.
“Bakıda İraq səfirliyi olduğu zaman, həmçinin Azərbaycanın Bağdadda səfirlik təsis etməsi vacibdir”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, bu məsələnin həm Azərbaycan-İraq münasibətlərinin inkişafı, həm də İraqda təxminən üç milyon türkmənşəli şəxslərin yaşaması nöqteyi-nəzərindən həll olunması tələb edilir.