Dövlət Gömrük Komitəsi(DGK) 2012-ci ilin yanvar- mart aylarında dövlət büdcəsinə 251 mln.715,22 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisindən 11,1% çoxdur.Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinə DGK-dən məlumat verilib.
Cari ilin yanvar- mart aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 145 mln. 832,21 min manat, aksizlər üzrə – 13 mln. 409,92 min manat, yol vergisi üzrə –3 mln. 267,18 min manat təşkil edib
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 89 mln. 205,91 min manat məbləğində olub.
2012-ci ilin mart ayında DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 95 mln. 646,38 min manat, həmçinin ƏDV üzrə - 54 mln. 795,66 min manat, aksizlər üzrə – 4 mln. 722,34 min manat, yol vergisi üzrə – 1 mln. 208,42 min manat, gömrük rüsumları üzrə - 34 mln. 919,96 min manat təşkil edib.
Xəbər verildiyi kimi, 2012-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1,2 mlrd. manat və ya cari il üçün bütün büdcə gəlirlərinin 7,3%-i səviyyəsində proqnozlaşdırılır.