Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan və Ermənistan arasında etimadın möhkəmlənməsində parlament diplomatiyasının vacib rolunu qeyd edir.
“Düşünürəm ki, biz ikitərəfli əlaqələrin təşkilinə, Azərbaycanın və Ermənistan ziyalıları, mədəniyyət xadimlərinin görüşlərinə diqqət yönəltməliyik. Bizim məqsədimiz – etimad atmosferi yaratmaqdır”, - deyə o bazar ertəsi Bakıda keçirilən brifinqdə bəyan edib.
V.Matviyenkonun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi mürəkkəb problem olaraq, sürətli həllə malik deyil və etimad atmosferi olmadan münaqişə tərəfləri arasında onu tapmaq çox çətindir. Bununla əlaqədar, o, münaqişə tərəfləri arasında etimadın yaradılması üçün parlament ölçüsünün vacibliyi barədə bəyan edib.
“ATƏT-in Minsk qrupunun fəaliyyətinə qarışmaq lazım deyil. Biz mədəniyyət, elm xadimləri, gəncləRin əlaqələrinə yardım etməli, etimaa atmosferini yaratmalıyıq”, - deyə o bildirib.
V.Matvienkonun sözlərinə görə, Rusiya, münaqişənin nizamlanmasında vasitəçi kimi, ATƏT-in Minsk Qrupunun potensialının tükənmədiyinə əsaslanır. Münaqişənin həlli üçün hər iki tərəfin xoş məram nümayiş etdirməyi lazımdır. Spikerin sözlərinə görə, Rusiya problemin həlli üçün yardımını davam etdirəcək.
“Biz beynəlxalq hüquqa, BMT qətnamələrinə, dövlətlərin ərazi bütövlüyü və güc tətbiq etməmək prinsiplərinə əsaslanırıq”, - deyə o vurğulayıb.