Azərbaycan Beynəlxalq Bankı (ABB) Çirkli Pulların Leqallaşdırılmasına qarşı Mübarizə üzrə Sertifikatlı Ekspertlər Assosiasiyası ACAMS-ın 17-ci Beynəlxalq Konfransında təmsil edilib. Bu barədə bankın məlumatında bildirilir.
ACAMS konfransı martın sonunda Mayamidə (ABŞ) keçirilib.
Konfransda ABŞ, Kanada, Latın Amerikası, Avropa İttifaqı, Gürcüstan və Azərbaycandan 700-dən artıq mütəxəssis iştirak edib.
Konfrans çərçivəsində “JP Morgan Chase”, “Lloyds Bank”, “Citigroup”, “Scotiabank”, “Goldman Sachs” kimi iri dünya maliyyə institutları və “KPMG”, “Ernst&Young” audit şirkətlərinin nümayəndələri çıxış ediblər.
Konfransda həmçinin Federal Təhqiqatlar Bürosu (FBI), Ədliyyə Nazirliyi, ABŞ-ın dövlət xəzinəsinin nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçılarına maliyyə dələduzluğu və çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə üzrə proqram qərarları təqdim edilib.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın kapitalında 50,2% pay dövlətə, 49,8% - özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.