Aprel ayında Bakıda IV sinif şagirdləri üçün yoxlama testləri keçiriləcək.Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə Bakı şəhəri Təhsil İdarəsindən məlumat verilib.
Aprelin üçüncü ongünlüyündə şagirdlərə 10 variantda 15 test tapşırığı veriləcək.
Bu tədbir riyaziyyat üzrə biliklərin və ibtidai təhsilin son mərhələsində məktəb materilallarının şagirdlər tərəfindən nə dərəcədə mənimsənilməsinin səviyyəsini öyrənmək məqsədi daşıyır.
İdarədən bildirilib ki, aprel ayında məktəblərdə vahid məktəbli formasının geyinilməsinə əməl edilməsi ilə bağlı yoxlamalar keçiriləcək.