AYİB səhmdarlarının illik ümumi yığıncağı 2012-ci il mayın 18-19-da Londonda (Böyük Britaniya) keçiriləcək. Bu barədəbankın saytında məlumat verilir.
"İllik iclas çərçivəsində həmçinin işgüzar forum təşkil ediləcək", - deyə məlumatda qeyd edilir.
Azərbaycan AYİB-in üzvüdür. 2012-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanın dövlət sektorunda 9 layihə üzrə bankın portfeli $1 mlrd. 229,45 mln. təşkil edir. Həyata keçirilməsi üçün bank tərəfindən ümumilikdə $479,45 mln. kreditin ayrıldığı 8 layihə artıq başa çatıb, $750 mln. dəyərində 1 layihənin isə bu il həyata keçirilməsinə başlamaq planlaşdırılır.
Cari ilin əvvəlinə Azərbaycan AYİB-in $476,3 mln. məbləğində kreditlərindən istifadə edib. Qrafikə uyğun olaraq hökumət $205,8 mln. məbləğində əsas borcunu ödəyib.
1992-2011-ci illərdə AYİB Azərbaycan hökumətinə ümumilikdə 25,811 mln. avro ($34,431 mln.) məbləğində 117 qrant ayırıb. Qrantlar əsasən, maliyyə, sənaye, ticarət və kənd təsərrüfatı, energetika və infrastruktur sahələrində layihələrin həyata keçirilməsi üçün istifadə olunur.