Aprelin 10 – da “Ibrus” teatrrının 10 illik yubileyi ilə əlaqədar teatrın səhnəsində “O və onlar” tamaşasının premyerası olacaq.Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə “İbrus” teatrının mətbuat xidmətindən məlumat verilib.
Yeni tamaşa böyük rus yazıçısı Anton Pavloviç Çexova və çiyinlərində həqiqi incəsənət yükünü daşıya bilən əyalət aktyorlarına həsr olunub.Tamaşada A.P. Çexovun “Vanya dayı” pyesinin parçalarından istifadə edilib.
Tamaşada Azərbaycanın xalq artistləri Fəxrəddin Manafov , Yuri Baliyev əməkdar artistlər Mehriban Zəki və Mələk Abbaszadə çıxış edirlər.
Rüstəm İbrahimbəyovun yaratdığı “İbrus” teatrının bu yubiley tamaşası bu yaxınlarda Rusiyanın Saransk şəhərində keçirilən VII Beynəlxalq Teatr Festivalında iştirak edib.