Vergilər Nazirliyi Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr layihəsi üzərində işi başa çadırır. Bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəis müavini Məhiyəddin Namazov məlumat verib.
M.Namazov Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvləri ilə görüş keçirib. Bu barədə məlumatda qeyd edilir.
Görüşdə Vergilər Nazirliyinin vergi qanunvericiliyinin təkmilləşdirilməsi, yaxın və orta gələcək üçün vergi siyasətinin əsas istiqamətləri barədə planlar müzakirə edilib.
M.Namazov vurğulayıb ki, Vergi Məcəlləsində dəyişikliklər nağd hesablaşmaların məhdudlaşması və qeyri-nağd hesablaşmaların stimullaşmasına, müəyyən vergi dərəcələrinin dəyişməsinə yönəldiləcək. “Azərbaycan hökumət aprel ərzində dəyişikliklər və əlavələri müzakirə etməyi planlaşdırır. Layihə cari ilin aprelin sonu və ya da mayın əvvəllərində Milli Məclisə (parlamentə) təqdim olunacaq”, - deyə rəis müavini bildirib.
M.Namazov görüş zamanı vergi ödəyicilərinə elektron formatda xidmətlər spektrinin genişlənməsi, elektron audit sisteminin tətbiqi, vergilərin yığılması mexanizminin sadələşdirilməsi haqqında Vergilər Nazirliyinin planları barədə məlumat verib.
ATİB 2004-cü ilin aprel ayında yaradılıb. Hazırda, istehsal, xidmət, maliyyə sektorunda fəaliyyət göstərən 80 şirkət birliyin üzvüdür. ATİB üzvü olan şirkətlər Azərbaycanın qeyri-neft sektoruna $3 mlrd.-dan artıq sərmayə yatırıblar.