Tibb sahəsi üzrə gənc mütəxəssislər ixtisas artırmaq üçün Türkiyə və Almaniyaya gedəcəklər. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.
Xaricdə təcrübə “ 2007-2015-ci illərdə Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı “çərçivəsində baş tutacaq.
Qərara alınıb ki, cari ildə kardiologiya, cərrahiyyə, anesteziologiya və intensiv terapiya, qastroenterologiya, travmatologiya və ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual diaqnostika, mama-ginekologiya və psixiatriya ixtisasları üzrə gənc mütəxəssislər üçün Türkiyə və Almaniyanın aparıcı klinikalarında ixtisasartırma kursları təşkil olunacaq .
Türkiyə və Almaniya klinikalarında ixtisasartırma kurslarında iştirak etmək istəyənlər ən az 3 il əmək stajına malik olmalı, xarici dillərdən birini bilməlidirlər.
Ərizələr may ayının 1-nə qədər qəbul edilir.