Aprelin 11-də saat 11:00-da “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko və Krım Muxtar Respublikasının kurortlar və turizm nazirinin müavini Nikolay Marinovun mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransının mövzusu – Ukraynanın baş naziri Nikolay Azarovun etdiyi səfər və ölkələr arasında turizm sahəsində əlaqələrin inkişafı.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi yeni binada aşağıdakı ünvanda yerləşir: İçərişəhər, V.Mustafazadə küç. 6/10, “Sahibtac” biznes-mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Giriş zamanı xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07