Prezident İlham Əliyev ABŞ, İsrail, Bolqarıstan və Litva ilə imzalanmış hökumətlərarası sazişləri təsdiq edib.
Rəsmi mətbuatın çərşənbə axşamı verdiyi məlumata görə, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında” Sazişdə dəyişikliklər edilməsi barədə” 2011-ci il dekabrın 29-da Bakı şəhərində imzalanmış Protokolu təsdiq edib.
Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında” 2011-ci il dekabrın 16-da Bakı şəhərində imzalanmış Saziş, “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında” 2011-ci il noyabrın 14-də Bakı şəhərində imzalanmış Saziş və “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2011-ci il dekabrın 6-da Vilnüs şəhərində imzalanmış Saziş təsdiq edilib.