“Aqrolizinq” ASC texnoloji avadanlıq və kənd təsərrüfatı texnikasının alınması üçün tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Elana əsasən, tender dörd lot üzrə keçirilir.
Lot-1 - istixana avadanlığının alınması və sahəsi 2 hektar olan ərazidə quraşdırılmasını nəzərdə tutur. İştirak üçün dövlət rüsumu 1 min manat təşkil edir.
Lot-2 - 24 ədəd ekskavator alınmasını nəzərdə tutur, dövlət rüsumu - 500 manatdır.
Lot-3 - Bərdə rayonunda tutumu 1 min ton olan soyuducu anbar kompleksi üçün avadanlığın alınmasını və quraşdırılmasını nəzərdə tutur. Dövlət rüsumu 800 manatdır.
Lot-4 - 57,4 min quş üçün tutumda 4 komplekt inkubatorun və saatda 2 min baş quş ətinin kəsilməsinə imkan verən avadanlığın alınmasını və quraşdırılmasını nəzərdə tutur. Dövlət rüsumu - 500 manatdır.
Qalib seçimində aşağıdakı meyarlar nəzərə alınacaq: aşağı qiymət, standartlara cavab vermə, keyfiyyətə zəmanət və müqavilənin yerinə yetirilmə müddəti.
Şirkətlərdən təkliflər mayın 31-nə qədər qəbul ediləcək. Tender proseduru iyunun 1-də keçiriləcək.
“Aqrolizinq” ASC Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.