“DəmirBank” OPEC Beynəlxalq İnkişaf Fondundan (Fund for International Development, OFID) $5 mln. məbləğində kredit cəlb edib. Bu barədə bankın məlumatında deyilir.
İmzalanan müqaviləyə əsasən, kredit vəsaitləri 5 il müddətinə ayrılıb. “DəmirBank” bu məbləği kiçik və orta sahibkarlığın kreditləşməsinə yönəldəcək.
“DəmirBank” OPEC Fund for International Development ilə 2008-ci ildən əməkdaşlıq edir. Sayca ikinci olan bu razılaşma da daxil olmaqla ümumilikdə $10 mln. məbləğində vəsait ayrılıb. Kiçik sahibkarlığın kreditləşməsinə böyük önəm verən “DəmirBank”, yaxın gələcəkdə daha bir neçə kredit müqaviləsi imzalamağı nəzərdə tutur”, - deyə məlumatda bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarova istinadən bildirilir.
“DəmirBank” 1989-cu ildə yaradılıb və respublikanın ən iri özəl banklarından biridir. Bankın səhmdarları 850-dən çox fiziki və hüquqi şəxsdir. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı (25%+1 səhm) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO, 10%) var.