2012-ci ilin I rübü ərzində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən 246 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə (REV) aşkar edilib. Bu barədə nazirliyin saytında məlumat verilir.
Məlumata əsasən, bu radioelektron vasitələr 133 təşkilat, müəssisə və şirkətlərdə keçirilən texniki baxış zamanı aşkarlanıb.
"133 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə texniki baxış zamanı 246 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb. Onlardan 120 ədədi qeydiyyata salınıb, 53 ədədi möhürlənib və 73 ədədin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür”, - deyə məlumatda vurğulanır.
Hesabat dövründə dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı 11 protokol tərtib edilib.