Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Nərimanov rayonunda Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub. Bu barədə rəsmi mətbuat xəbər verir.
Kompleks müxtəlif beynəlxalq tədbirlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin yüksək səviyyədə təşkil olunması üçün nəzərdə tutulub.
Görülən işlərlə yaxından tanış olan dövlət başçısı ətraf ərazilərin abadlaşdırılması ilə bağlı da müvafiq tapşırıqlarını verib.