Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi aprelin 8-də Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyib.
XİN çərşənbə günü yaydığı bəyanatda Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək Cənubi Osetiyada keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımadığını bəyan edir.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır”, - deyə bəyanatda vurğulanır.