2012-ci ilin I rübündə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə profisiti 83,2 mln. manat və ya hesabat dövründə fondun gəlirlərinin 12 %-ni təşkil edib. Bu barədə DSMF-in məlumatında deyilir.
Cari ilin yanvar- mart aylarında fondun gəlirləri. 689,6 mln. manat təşkil edib ki, bu da 2011-cu ilin analoji dövrünün göstəricisindən 32,5% çoxdur.
Hesabat dövründə icbari sosial sığorta ödənişləri üzrə fondun büdcəsinə daxilolmalar 10,5% - 297,8 mln. manata qədər artıb. Özəl sektordan icbari sosial sığorta ödənişləri üzrə daxilolmalar bütün daxilolmaların 59,1% - ni və ya 176,1 mln. manat (artım 12,2 %) təşkil edib.Proqnoz 104,9% yerinə yetib.Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari sosial sığorta üzrə daxilolmalar 12,7%, artıb
DSMF-in məlumatına görə, hesabat dövründə büdcə təşkilatlarından icbari sosial sığorta ödənişləri üzrə fonda daxilolmalar 121,7 mln. manat (artım 8,2%) təşkil edib.Proqnoz 93,2 % yerinə yetib Qalan gəlirlər dövlət büdcəsindən DSMF-nin büdcəsinə köçürmələrin və digər gəlirlərin payına düçür.
Fondun xərcləri 2012-ci ilin yanvar-mart aylarında 606,4mln. manat,o cümlədən pensiya və müavinətlərin ödənilməsi üçün xərclər 599 mln.manat təşkil edib ki,bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 31% çoxdur.
2012-ci ilin I rübündə fondun digər xərcləri 6,6 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 15,8 % çoxdur.
2012-ci ildə DSMF-in kəsirsiz büdcə gəlirləri və xərcləri 2 mlrd. 454,3 mln. manat məbləğində təsdiqlənib.