Azərbaycan əhalisinin 95%- i 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakının namizədliyini dəstəkləyir.Bu barədə “Bakı - 2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva məlumat verib.
“Aparılan sorğu zamanı biz müəyyən etdik ki, Azərbaycan xalqının 95%-i 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün paytaxtımızın namizədliyini dəstəkləyir”,- deyə K.Nurullayeva çərşənbə günü brifinqdə bildirib.
Bununla yanaşı, o qeyd edib ki, Azərbaycan xalqı arasında Olimpiadanın keçirilməsi üçün respublikanın namizədliyini dəstəkləmək məqsədi ilə imza toplanmasıl davam edir.”Hazırda bizim tərəfimizdən 494 min imza toplanıb.Onlardan 11 mini Bakıda, qalanları ölkənin regionlarından toplanıb”,- deyən K.Nurullayeva bu aksiyanın Azərbaycan Tələbə Gənclər Təşkilatlari İttifaqı ilə birgə keçirildiyini də qeyd edib.
Bundan başqa, Təşkilat Komitəsinin rəhbəri bildirib ki, Azərbaycan tərəfi sosial şəbəkələrdə 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakının namizədliyini aktiv şəkildə təbliğ edir.”Hazırda bizim Facebook-da 50 mindən çox həmfikrimiz var”, - deyə o vurğulayıb.
K.Nurullayeva Milli Olimpiya Komitələrinin aprelin 14-də Moskvada keçiriləcək Baş Assambleyasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakının böyük əhəmiyyəti olduğunu söyləyib. “Bizim nümayəndə heyətinə Mehriban Əliyevanın rəhbərlik etməsi ondan xəbər verir ki, Azərbaycan Hökuməti və xalqı bizim namizədliyimizi tamamilə dəstəkləyir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Milli Olimpiya Komitələrinin Baş Assambleyası zamanı heyətinə öz namizədliyinin təqdimatı üçün hər nümayəndə heyətinə 10 dəqiqə vaxt verilir.”Bizim məqsədimiz Beynəlxalq idman cəmiyyətinə şəhərimizin müsbət cəhətlərini təqdim etmək və Bakı qalib gələrsə, Olimpiya Oyunlarını yüksək səviyyədə keçirəcəyimizi sübut etməkdir”,- deyə K.Nurullayeva söyləyib.
Azərbaycan nümayəndə heyətinin tərkibinə baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse – prezidenti Çingiz Hüseynzadə,”Bakı 2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva ,AFFA-nın baş katibi Elxan Məmmədov və “Bakı 2020” təşkilat komitəsinin kommunikasiya direktoru Nərgiz Birk- Peterson daxildir.
2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə Bakı ilə yanaşı Madrid, Doha, İstanbul və Tokio namizəddir.