Bakının may ayında keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin qonaqlarının yerləşdirilməsində problemləri olmayacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Turizm departamentinin rəhbəri Aydın İsmiyevin məlumat verib.
“Eurovision-2012” müsabiqəsinin keçirildiyi günlərdə mehmanxana və otellərdə yerlərin çatışmamazlığı ilə bağlı heç bir problem yaranmamalıdır”, - deyə o Bakıda keçirilən 11-ci Beynəlxalq turizm sərgisi ilə əlaqədar mətbuat konfransında bildirib.
Bundan başqa, nazirliyin nümayəndəsi məlumat verib ki, hazırda respublikada 45 otel tikinti mərhələsindədir, ümumilikdə Azərbaycanda mehmanxana tipli 312 obyekt, 178 turizm şirkəti fəaliyyət göstərir.
“Ötən il Azərbaycana səfər edən turistlərin sayı təxminən 1,8 milyon nəfər təşkil edib, bu il bu göstəricilər “Eurovision”un keçirilməsi ilə əlaqədar mühüm dərəcədə artacaq”, - deyə o qeyd edib.
Mətbuat konfransında iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyit Əhməd Arslan öz növbəsində qeyd edib ki, ötən il təxminən 580 min Azərbaycan vətəndaşı turist kimi Türkiyəyə səfər edib. “Bu il bu göstəricilər 600 minə qədər artacaq”, - deyə səfirliyin nümayəndəsi söz verib.
“AITF 2012” 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi aprelin 12-dən 14-dək Bakıda keçiriləcək. Bu sərgidə 60-dan çox turizm istiqamətini təqdim edəcək 200-dən yuxarı şirkətin iştirakı gözlənilir. İlk dəfə sərgidə Bolqarıstanın milli stendi təqdim ediləcək.