Daxili Qoşunların Naxçıvan polkunun N saylı hərbi hissəsində polkun yaradılmasının 17-ci ildönümünə həsr edilən tədbir keçirilib. Bu barədə”İnterfaks - Azərbaycan”agentliyinin regional bürosu məlumat verir.
“Daxili Qoşunların yüksək döyüş hazırlığına və ciddi nizam – intizama malik hərbi bölmə kimi formalaşması Ümumimilli lider Heydər Əliyevin adı ilə bağlıdır”,- deyə tədbirdə çıxış edən hərbi hissənin qərargah rəisi Ramiq Salayev bildirib.
Onun sözlərinə görə, Daxili Qoşunlara Ümummilli Lider tərəfindən göstərilən qayğı və diqqət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.”Bu gün Daxili Qoşunlar ölkədə sabitliyin və daxili təhlükəsizliyin vacib qarantına çevrilib və bu sahədə qanun tərəfindən müəyyən edilən tapşırıqların öhdəsindən layiqincə gəlir”,- deyə R.Salayev söyləyib
Natiq qeyd edib ki, 17 il əvvəl yaradılmış Daxili Qoşunların Naxçıvan taboru vacib inkişaf mərhələsi keçərək polka çevrilib.Onun sözlərinə görə, keçən dövr ərzində hərbi hissənin ərazisində geniş quruculuq işləri aparılıb, müasir infrastruktur yaradılıb, maddi – texniki bazanın yaxşılaşdırılması sahəsində əhəmiyyətli dəyişikliyə nail olunub, hərbi hissə ən müasir silahlar, hərbi texnika və radiorabitə sistemi ilə təhciz edilib
Tədbirdə polkun xidmətdə fərqlənən bir qrup əsgər və zabitinə mükafatlar təqdim olunub.