Bakı məktəbliləri aprelin 14-də BMT layihəsi çərçivəsində insan alveri ilə mübarizə problemini və digər qlobal məsələləri müzakirə edəcəklər. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə BMT-nin Bakı ofisindən məlumat verilib.
Bu layihə BMT-nin İctimai İnformasiya Departamentinin nümayəndəliyi (UN DPI), Azərbaycan Beynəlxalq Məktəbi (TISA) və Bakı Oksford Məktəbinin (BOS) dəstəyi ilə həyata keçirilir.
Tədbir BMT-nin Bakıda fəaliyyətə başlamasının 20 illiyinə həsr edilib və sayca 4-cü olan bu konfransda Bakının 12 məktəbindən 120-dən çox məktəbli iştirak edəcək.
Tədbir iştirakçıları insan alveri ilə mübarizədə BMT-yə üzv ölkələrin rolunu, effektiv kommunikasiya, qloballaşma və digər problemləri müzakirə edəcəklər.