2011-ci ildə Azərbaycan hökuməti qəzalı vəziyyətdə olan orta məktəblərin təmirinə 44 mln. manat yönəldib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə hökumətdən məlumat verilib.
"2011-ci ildə qəzalı vəziyyətdə olan 587 orta məktəbdən 177-si əsaslı təmir edilib. Bundan başqa, qəzalı vəziyyətdə olan 84 məktəbəqədər təhsil müəssisəsindən 23-də təmir işləri aparılıb. Dövlət kapital qoyuluşları çərçivəsində dövlət büdcəsindən bu məqsədlərə 44 mln. manat ayrılıb", - deyə mənbə bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti 2012-2013-cü illərdə qəzalı vəziyyətdə olan məktəbəqədər və orta təhsil müəssisələrinin əsaslı təmiri üzrə işlərin maliyyələşdirilməsini davam etdirməyi planlaşdırır.
Bu işlər qəzalı vəziyyətdə olan məktəbəqədər və orta təhsil müəssisələrinin tikintisi, təmiri və bərpası üzrə xüsusi proqram çərçivəsində həyata keçirilir. Bu proqram 2011-2013-cü illər üçün nəzərdə tutulub.