Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev respublikada hotellərin rəhbərlərinin may ayında Bakıda keçiriləcək “Eurovision 2012” müsabiqəsi dövründə qonaqlar üçün qiymətləri artırmayacaqları zəmanətlərinə inanır.
“Hotellərin rəhbərləri zəmanət verir ki, “Eurovision 2012” müsabiqəsinin keçiriləcəyi dövrdə qiymət artımı olmayacaq, hotellərdə hazırki qiymətlər qüvvədə olacaq”, - deyə nazir çümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ötən il hotel biznesində saölam rəqabət mehmanxanalarda qiymətlərin 20% azalmasına səbəb olub. Nazir məlumat verib ki, hər il ölkədə 40-50 istirahət mərkəzi istifadəyə verilir. “Ölkədə mehmanxana nə qədər çox olsa, qiymətlər daha da aşağı düşəcək”, - deyə Ə.Qarayev bəyan edib.