Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyində “Avropa Komissiyasının Azərbaycanda energetika sahəsində islahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13 mln. avro məbləğində qrant vəsaitinin Proqramı”nın II mərhələsinin reallaşdırılmasına başlayıb. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia cümə axşamı mətbuat konfransında məlumat verib.
“Azərbaycan və Avropa İttifaqı enerji, xüsusilə alternativ energetika sahəsində əməkdaşlığı fəal inkişaf etdirir. Aİ bu sahənin inkişafına Azərbaycan üçün 14 mln. avro qrant (qrant proqramı çərçivəsində 13 mln. avro, 1 mln. avro – texniki yardım şəklində əlavə olaraq) nəzərdə tutub. Ölkə 2010-2011-ci illər ərzində bu vəsaitdən 6 mln. avro alıb. Qalan vəsait cari ilin sonuna kimi ayrılmalıdır”, - deyə R.Kobia qeyd edib.
O vurğulayıb ki, Azərbaycan alternativ energetikanın inkişafı üçün böyük imkanlara malikdir.
“Azərbaycan karbohidrogen resurslarla zəngindir, lakin bu resurslar yenilənmir, buna görə alternativ enerji mənbələrini inkişaf etdirmək lazımdır. 2011-ci ilin nəticələrinə görə, Azərbaycanda neft hasilatı 10% azalıb, 2012-ci ilin I rübündə də azalma müşahidə olunub. bu Bunun ölkə üçün energetikanın digər sahələrini aktivləşdirmək siqnalı olması mümkündür, bu isə Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin rolunu gücləndirəcək”, - deyə R.Kobia vurğulayıb.
Onun sözlərinə görə, 2012-ci il “Avropa Komissiyasının Azərbaycanda energetika sahəsində islahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13 mln. avro məbləğində qrant vəsaitinin Proqramı”nın reallaşdırılmasında sonuncudur. Lakin, ümid edirəm ki, bu istiqamətdə bizim əməkdaşlığımız gələcəkdə də davam edəcək. Bundan başqa, əgər bu sahəyə özəl sektorun cəlb edilməsi üçün imkan və şərait yaradılarsa, Avropa şirkətləri öz texnologiyaları ilə Azərbaycana gələ bilər”, - deyə R.Kobia qeyd edib.
Onun fikrincə, Azərbaycanda alternativ energetikanın inkişafı həmçinin ekoloji təhlükəsizlik və əhalinin sağlam həyat tərzi nöqteyi-nəzərindən vacibdir.
“Avropa Komissiyasının Azərbaycanda energetika sahəsində islahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13 mln. avro məbləğində qrant vəsaitinin Proqramı” energetika sektorunda hərtərəfli və kompleks strategiyanın hazırlanması, enerjinin tətbiqi və onun unifikasiyanın Avropa qanunvericiliyinə uyğun təkmilləşdirilməsi, bu sahədə dövlət vəsaitinin idarə edilməsinin və energetika sektorunda statistikanın təkmilləşdirilməsini nəzərdə tutur.