Azərbaycanda vəziyyət sabitdir və heç kim onu poza bilməyəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hüquq-mühafizə orqanlarından bəyan ediblər.
“Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə vəziyyəti tam nəzarət altında saxlayır, ictimai-siyasi sabitlik hər bir təhlükədən kənardır”, - deyə agentliyin müsahibi bildirib. O qeyd etdi ki, Azərbaycan hakimiyyəti öncə olduğu kimi, ölkədə sabitliyin istənilən təhlükəsinin qarşısını almaq iqtidarındadır. Bununla əlaqədar təhlükəsizlik orqanları nümayəndəsi həmçinin bəzi mətbuat orqanlarının bəzi dini xarici radikal dairələrin “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə gələn Bakının qonaqları barəsində diversiyaların hazırladığı barədə məlumatların əsassız olduğunu bildirir.
Daha öncə Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi Əli Həsənov həmçinin bəyab edib ki, respublika hakimiyyəti ölkədə təhlükəsizliyi və hüquq qaydalarını müstəqil olaraq təmin etmək iqtidarındadır. Bununla əlaqədar, o mayda Bakıda keçiriləcək “Eurovision” müsabiqəsinin təhlükəsizliyin təmin olunmasında İsrailin xüsusi xidmət orqanlarının iştirakı haqqında Azərbaycan-İsrail razılaşması barədə xarici mətbuat orqanlarının məlumatını təkzib edib.