Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Gürcüstan hökumətinin nəzarətində olmayan ərazilərə səfər etməkdən çəkinməyə çağırıb.
“Azərbaycan XİN ölkə vətəndaşlarını Gürcüstanın hökumət tərəfindən nəzarət edilməyən ərazilərinə bu ölkənin müvafiq dövlət orqanlarının icazəsi olmadan səfər etməkdən çəkinməyə çağırır”, - deyə cümə günü XİN-in rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir.
Nazirlik xatırladır ki, Gürcüstan qanunvericiliyinə əsasən, belə səfərlər qeyri-qanuni hesab edilir və səfər etmiş şəxslər müvafiq olaraq cəzalandırılır.