Sankt –Peterburqdakı Rusiya Təhsil Akademiyasının Smolnı Universitetində rusiyalı kinematoqrafçılar tərəfindən hazırlanmış ”Heydər Əliyev. Hakimiyyətin görünməyən tərəfləri “ sənədli filminin təqdimatı keçirilib.
Filmin nümayişi Smolnı Universiteti, (rektoru həmyerlimiz professor Heydər İmanovdur) “Azərbaycanlıların dostları Cəmiyyəti - Naxçıvan ” Regional İctimai Təşkilatı və Azərbaycanın Sankt – Peterburqdakı baş konsulluğu tərəfindən təşkil edilib.
Tədbirdə xüsusi dəvət edilmiş qonaq – “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru, vaxtilə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini Heydər Əliyevin mühafizə xidmətinin rəhbəri olmuş Aleksandr İvanov çıxış edib.
A.İvanov Ümummilli liderin çox şaxəli həyat fəaliyyəti haqqında danışaraq bildirib ki, onun həyatı gənc nəslə örnək olmalıdır.Həmçinin, o görkəmli dövlət xadiminin həyatından , qeyri- adi iş bacarığından, onu əhatə edən insanlara qarşı alicənab və həssas münasibətindən danışıb.
A.İvanovun qeyd etdiyi kimi, Heydər Əliyevin siyasətində Azərbaycan gəncləri və tələbələri həmişə prioritet məsələ olub.
“Bizim xaricdə ,o cümlədən Sankt Peterburqda təhsil alan bir çox həmvətənlərimiz dövlətin məhz bu istiqamətə yönəlmiş siyasəti sayəsində uğurqazanıblar ”, - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev gənclərin təhsil və tərbiyəsi üzrə fəaliyyət xəttini uğurla həyata keçirir.
Tədbirdə cıxış edən” Azərbaycanlıların dostları Cəmiyyəti - Naxçıvan ” Regional İctimai Təşkilatının sədri İdris Qəhrəmanov gəncləri fəal vətəndsaş mövqeyi tutmağa , yaxşı oxumağa və Rusiya ictimaiyyətinə daha sıx inteqrasiya etməyə çağırıb.