Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev yerli sakinlərlə onların problemlərini müzakirə edib. Bu barədə cümə günü "İnterfaks-Azərbaycan" agentliyinin regional bürosu xəbər verir.
Rayon sakinləri maldarlığın inkişafı üçün zəruri tədbirlərin görülməsinin, suya olan tələbatın ödənilməsinin vacibliyini önə çəkiblər. Həmçinin, yeni iş yerlərinin açılmasını, uşaq bağçalarının yaradılmasını təklif ediblər.
V.Hacıyev yaranan problemlərin həlli məqsədi ilə belə görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. "Bizə daxil olmuş şikayətlərin sayı ötən illə müqayisədə 121 fakt azalıb", - deyə o bildirib.