İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərini pozduğuna görə sahibkar İlham Mustafayevə 1,3 min manat maliyyə sanksiyası tətbiq edib. Bu barədə nazirliyin məlumatında deyilir.
Dövlət Xidməti tərəfindən onun barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
"İ.Mustafayevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı şərq şirniyyatlarının (qoğal, kətə, kurabiyə, qat-qat və s.) müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edilmsi, habelə həmin şirniyyatların saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edilməsi və istehsal edilən şirniyyatların insan orqanizmi üçün təhlükəli olması müəyyən edilib. Buna əsasən "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsini pozduğuna görə sahibkara 1,3 min manat maliyyə sanksiyası tətbiq edilib”, - deyə məlumatda qeyd edilir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Prezidenti tərəfindən 2009-cu il dekabrın 26-da təsdiq edilib.